• $
  • €
  • ₽
  • ₺
  • £

““Tərtər işi” araşdırılan zaman bir çox başlar gedəcək” - Deputatdan AÇIQLAMA

““Tərtər işi” araşdırılan zaman bir çox başlar gedəcək” - Deputatdan AÇIQLAMA
22.12.2021 14:35
"Tərtər işi" hadisələrinin bir daha təftiş edilməsinə, istintaqdan yayınmağa müvəffəq olmuş xainlərin ifşa edilməsinə, eyni zamanda haqsız olaraq işgəncələrə məruz qalanların dairəsinin daha dəqiqliklə müəyyənləşdirilməsinə, qurunun oduna yaşların təsadüfən, yoxsa bilərəkdən yandırılıb yandırılmadığının üzə çıxarılmasına ehtiyac var. Hadisə araşdırılan zaman bir çox başlar gedəcək, bu fikirləri deputat Vahid Əhmədov Moderator.az-a "Tərtər işi" ilə bağlı danışarkən deyib.
 
O bildirib ki, bu hadisələrin Aprel döyüşlərindən sonra baş verməsi təsadüf hesab oluna bilməz.
 
"Görünən odur ki, əsas niyyət silahlı qüvvələrin onurğa sütununu qırmaq, onun döyüş ruhunu sarsıtmaq və torpaqları güc yolu ilə almaq iqtidarında olduğu həqiqətini ləkələmək olub. Son 4 ildə baş verənlər mediada, sosial şəbəkələrdə eninə boyuna dartışılanda bəlli oldu ki, həqiqətən də çox ağır cinayət törədilib. Və bu cinayətin ifşa edilməsi zamanı da çoxsaylı qanun pozuntularına yol verilib. Məhz ötən il ordumuz müqəddəs missiyanı şərəflə yerinə yetirdikdən sonra təkrar bu hadisələrin qaranlıq məqamlarına işıq salınması təşəbbüsü alqışlanmalıdır və heç şübhəsiz bu, Ali Baş Komandan İlham Əliyevin birbaşa siyasi iradəsindən qaynaqlanır. Görünür, son bir ildə Ermənistanla sərhəddə və Qarabağda baş verən insidentlər, eyni zamanda bizim bilmədiyimiz bəzi narahatedici məqamlar dövlət başçısını qayğılandırıb və o bu məsələnin daha dərindən araşdırılmasına göstəriş verib.

Təbii ki, istintaqın əsas vəzifəsi bu işi araşdırarkən hələ də ordunun içərisində maskalanmağa müvəffəq olmuş "5-ci kolon" təmsilçilərinin olub-olmadığını üzə çıxarmaqdır. Çünki indiki həssas dönəmdə bu ölüm-qalım məsələsidir və ordumuzun qüdrətini zəiflətmək niyyəti güdən çoxsaylı məkrli qüvvələrin mövcudluğu kimsəyə sirr deyil. İndidən münəccimlik edərək proqnoz verilməsi həm də istintaqın işinə maneə yaratmaq kimi qəbul edilə bilər. Amma mənə elə gəlir ki, bu hadisələr hərtərəfli araşdırılan zaman daha ciddi məqamlar üzə çıxarılacaq və bir çox başlar gedəcək. Çünki bu cür hadisələr zamanı cəzalandırılanların çevrəsi aşağı rütbəli zabitlərlə məhdudlaşdırılıb və məhz ordu rəhbərliyində bu sahəyə cavabdeh olan generallar nədənsə sudan quru çıxmağa müvəffəq olub. Ona görə də hesab edirəm ki, istintaq cəmiyyətin gözləntilərini doğruldacaq və günahkarlar ifşa ediləcək, millətin namusu hesab olunan ordumuz xainlərdən təmizlənəcək. Məncə, bu, Ali Baş Komandanın da istintaq qarşısında qoyduğu əsas vəzifələrdən biridir", - deyə o əlavə etdi. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol