• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident qəbul keçirdi

Prezident qəbul keçirdi
07.05.2014 15:00
Prezident İlham Əliyev Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ANN.Az-ın  məlumatına görə, Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında qısa vaxt ərzində yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Mireya Aquero de Korralesin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini dedi və ordeni qonağa təqdim edib.
Nazir Mireya Aquero de Korrales Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarını və Prezident İlham Əliyevi Hondurasa səfərə dəvətini dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünə görə minnətdarlığını ifadə edib.
Dövlət başçısı Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Honduras dövlətinin başçısına çatdırmağı xahiş edib.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol