• $
  • €
  • ₽
  • ₺
  • £

Əli İnsanovdan xəbər var

Əli İnsanovdan xəbər var
07.05.2014 11:05
Uzun müddətdir ki, həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun işinə Avropa Şurasının (AŞ) Nazirlər Komitəsində baxılacaq.

Bu barədə Modern.az-a Əli İnsanovun vəkili Toğrul Babayev deyib. O bildirib ki, Azərbaycan tərəfi Əli İnsanov barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarı yerinə yetirmədiyindən keçmiş səhiyyə naziri Avropa Şurasının ən yüksək instansiyasına şikayət edib. Bu məsələ ilə əlaqədar Nazirlər Komitəsi 3-5 iyunda iclas keçirəcək və Azərbaycan hökumətindən izahat tələb edəcək.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildən həbsdədir. Onu və bir qədər əvvəl əfv fərmanı ilə azadlığa çıxan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi dövlət çevrilişinə cəhd ittihamı ilə həbs etmişdilər. Bu ittiham üzrə icraatın taleyi bu günə qədər bəlli deyil. Sonradan Ə.İnsanova və F.Əliyevə iqtisadi sahədə cinayətkarlıqla bağlı ittihamlar irəli sürüldü. Ə.İnsanov 11 il müddətinə azadlıqdan məhrum edildi. Onu da deyək ki, Əli İnsanov bu günə kimi heç vaxt əfv olunması üçün müraciət etməyib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol