• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna böhranı: Daha bir güc hədəfdədir – TƏHLİL

Ukrayna böhranı: Daha bir güc hədəfdədir – TƏHLİL
23.01.2022 17:00
Ukrayna böhranının qlobal tərəflərinin strateji baxışının mayasını o təşkil edir ki, bu münaqişədən maksimum qazanclı çıxmaq üçün diplomatik tərzi sərtləşdirsinlər.

Diplomatik təmaslar nəticə verməsə, qlobal səhnəyə müharibə ssenarisi gələcək, amma qarmaqarışıq və həssas situasiya döyüşlərin hansı perspektiv açacağını da sual altına qoyur.

Məqsəd və vasitələri, strateji hədəfləri riyazi dəqiqliklə ölçüb-biçmək çətindir, məsələni qəlizləşdirən isə səhnə arxasındakılarının "pıçıltıları”dır.
İndi Ukrayna ətrafında yaranan gərginlik bir-birinin qulağına pıçıldayan strateqlərin oyun nişanələrini siyasi üfüqlərdə müşahidə edilə biləcək səviyyədə nümayiş etdirir.
Ukrayna böhranı həm də digər gücün zəifləməsinə yönələn cəhdlər konsepsiyasıdır.
Ukrayna münaqişəsindən bəhs edərkən Çin amilinə toxunmamaq oyun qaydalarının qat-qat dərində yatan mahiyyətini gün işığına çıxarmayacaq.
Öncəliklə qeyd edək ki, Çin həm ortamüddətli, həm də uzunmüddətli prioritetlərini təyin edən oyunçudur.
Ancaq nədənsə onun prioritetlərinin mərkəzində dayanan məzmunu oxumaq digər qlobal oyunçular üçün çətindir.
Çinin strateji vizyonu "Bir kəmər, bir yol” təşəbbüsündə öz əksini tapır, Pekin Ukraynanı bu layihədə əsas tranzit potensialına malik ölkə kimi dəyərləndirir. Yəni Çin Avropa ilə iqtisadi əlaqələrinin həcmini genişlətmək üçün Ukraynadan yararlanmaq istəyir, bununla da yaranacaq yeni alətlərlə ekspansiyasını genişləndirməyi hədəfləyir.
Çinin iqtisadi mexanizmlərlə ekspansiyasının qarşısına Qərbdə iki əsas güc çıxır – Britaniya və ABŞ.
Ukrayna münaqişəsinin hərbi eskalasiya həddinə çatması, Qərbin strateji planlarına daxildir, çünki bu müharibə digər gücləri çökdürmək üçün sanksiya dalğasının yaranmasına səbəb verər.
Çin isə "mehriban düşmən” münasibətində olduğu Rusiyaya Ukrayna məsələsində "yaşıl işıq” yandırır, çünki Pekində bu fikir hakimdir ki, Rusiya Ukrayna ilə müharibə etsə, bu, Çin üçün əlavə imkanlar açacaq.
Çin hazırki böhranın ABŞ və NATO-nun genişlənmək aləti üçün əsaslar yaradan ideyalardan qaynaqlandığını bilir və atılan "daşların” öz bostanına da düşəcəyindən qorxur.
Bu qorxunu dərinləşdirən digər amil isə böyük planın bir hissəsi kimi görünən Tayvan mövzusunda Qərbin Çini öz orbitinə sıxışdırmaq cəhdləridir.
Buna görə də, Rusiya-Çin "müttəfiqliyi” belə situasiyada "müqəddəs akta” çevrilir.
Ukrayna indi böyük bir kitabın yalnız bir neçə səhifəsini əhatə edir, sonrakı səhifələrin yazılması isə Qərb-Rusiya-Çin qarşıdurmasının hansı səviyyədə qurulacağından asılıdır.
Bu fikirlərlə yola çıxsaq, hədəflərə dair aşağıdakı nəticələri çıxara bilərik:
1. Ukraynada müharibə başlasa, Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar Çini də hədəf taxtasına gətirəcək. Bu, Çini öz tərəzisinin gözünü Qərbə tərəf əyməsi üçün təzyiq vasitəsidir,
2. Çinin tutacağı mövqe yeni eskalasiya yollarını formalaşdıracaq və iqtisadi-siyasi təcridin miqyasını müəyyənləşdirəcək.(oxu.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol