• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqladı

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqladı
06.05.2014 10:33
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə dörd əsas prioriteti olacaq.Bunlar korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikultiralizm, təhsil, xüsusən də insan hüquqları sahəsində təhsil məsələsidir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Nazir müavini bildirib ki, sədrlik müddətində Azərbaycanda 20-dək tədbirin  keçirilməsi nəzərdə tutulub. Bakıda Avropa Şurası Parlament Assambleyası Daimi Komitəsinin və Bürosunun iclasları keçiriləcək, korrupsiya ilə mübarizə mövzusunda böyük konfrans təşkil olunacaq. Mahmud Məmmədquliyev qeyd edib ki, Strasburqda keçiriləcək tədbirlərdə də Azərbaycan sədr olaraq iştirak edəcək: “Artıq Avropa Şurası ilə Azərbaycan arasında 2014-2016-cı illər üçün yeni fəaliyyət planı təsdiqlənib. Bu yaxınlarda Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın Bakıya  səfəri gözlənilir. Bu səfər çərçivəsində fəaliyyət planı rəsmi olaraq təqdim olunacaq. Şübhəsiz ki, müəyyən məsələlər var və onlar müzakirə ediləcək. Hesab edirəm ki, həm Azərbaycanın sədrliyi, həm yeni fəaliyyət planının həyata keçirilməsi ölkəmizlə Avropa Şurası arasında əməkdaşlığı və  tərəfdaşlığı gücləndirəcək”. Qeyd edək ki, Azərbaycan mayın 14-dən etibarən AŞ Nazirlər Komitəsində sədrliyə başlayır. Bu ilin noyabrında sədrlik Azərbaycandan Belçikaya keçəcək.  ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol