• $
  • €
  • ₽
  • ₺
  • £

“Horadizin işğalı əmrini indiki Ermənistan prezidenti Serj Sərkisyan vermişdi”

“Horadizin işğalı əmrini indiki Ermənistan prezidenti Serj Sərkisyan vermişdi”
05.05.2014 18:19
“Beynəlxalq ekspertlər səviyyəsində hesablamalar aparılır. Bu hesablamalara əsasən, işğal nəticəsində Füzuli rayonuna dəyən ziyan əslində 5,5 yox, 31 milyard manatdır”. APA-nın məlumatına görə, bunu Heydər Əliyevin doğum gününün 91-ci ildönümü münasibətilə çəkilmiş, Fizuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğaldan azad olunmasından bəhs edən “Böyük qələbəyə inamla” sənədli filminin təqdimatında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Ə. Həsənov bildirib ki, ermənilərin Horadizi işğal etməsi təsadüfi deyildi: “Nə üçün ermənilər Horadiz şəhərini işğal etdilər? Çünki Horadizdə regional neft bazası, üzüm qəbulu məntəqəsi və kənd təsərrüfatı texnikasını təmir etmək üçün baza vardı. İkincisi, Horadizin işğalı ilə Füzuli, Cəbrayıl və Zəngilan rayonları mühasirəyə düşürdü. Üçüncüsü, Horadizin işğalı ilə ermənilər İrana gediş-gəliş üçün asan yol əldə edirdilər, çünki orada bənd var idi. Horadizdən iki vacib nəqliyyat arteriyası – dəmiryol, Bakı-İrəvan avtomobil yolu keçirdi. Oradakı Lələ təpə də strateji məntəqə idi, çünki oradan Beyləqan və İmişli ərazisi görünürdü. Ona görə də Heydər Əliyev məhz bu istiqamətdə hücum əmri vermişdi. Ermənilər Horadiz döyüşlərində bizdən 3 dəfə artıq itki vermişdi. Bizim əsgərlərdən biri şəhid olmuşdu. Horadizin işğalı əmrini indiki Ermənistan prezidenti Serj Sərkisyan vermişdi. Ancaq Heydər Əliyev texnika olmadan torpaqlarımızı azad edib”.  ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol