• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokuror Kamran Əliyev ilə Peter Mixalko görüşdü

Baş prokuror Kamran Əliyev ilə Peter Mixalko  görüşdü
01.02.2022 15:10
Fevralın 1-də  Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko ilə görüşüb, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

Kamran Əliyev  prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi sahədə aparılan  islahatlardan söhbət açaraq, prokurorluğun korrupsiyaya qarşı mübarizə, dövlət ittihamının müdafiəsi, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və qurumun cinayət təqibindən kənar fəaliyyəti barədə məlumat verib. 

Kamran Əliyev Avropa Komissiyasının Tvininq və TAİEX alətləri çərçivəsində aktual hüquqi mövzulara həsr olunmuş çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd etdi. Cari ildə başlayacaq Tvininq layihəsi çərçivəsində Azərbaycan Prokurorluğunun Litvanın hüquq mühafizə orqanları ilə cinayət aktivlərinin bərpası sahəsində birgə fəaliyyəti əməkdaşlığımızın bariz nümunəsi kimi qiymətləndirilib. 

Prokurorluqda beynəlxalq əməkdaşlıq sahəsinə xüsusi önəm verildiyini qeyd edən Kamran Əliyev Avropa İttifaqı üzv ölkələrinin hüquq mühafizə orqanları ilə əlaqələrin genişlənməsi istiqamətində atılan addımlar barədə səfirə məlumat verib.  

Səmimi qəbula görə təşəkkürünü bildirən Peter Mixalko Avropa İttifaqı tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Yekunda maraq kəsb edən digər məsələlər, o cümlədən Avropa İttifaqının Prokurorluğu (EPPO) və Dələduzluqla mübarizə Ofisi (OLAF) ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.




 

 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol