• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ şirkəti Xocavənddə separatçılara yardım edib? - AÇIQLAMA

ABŞ şirkəti Xocavənddə separatçılara yardım edib? - AÇIQLAMA
07.02.2022 21:35
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) regionda separatçı təşkilatları və ya separatçı qüvvələri dəstəkləmir və heç vaxt da dəstəkləməyib.

Bu barədə Report-a USAID-nin Qarabağda separatçılara yardım göstərməsi ilə bağlı açıqlamaları şərh edərkən ABŞ səfirliyinin nümayəndəsi bildirib.

"USAID regionda münaqişədən zərər çəkmiş insanlara, eləcə də Azərbaycanda məcburi köçkünlərə humanitar yardım göstərir. Bu humanitar yardıma minalardan təmizləmə, mənzil və məktəb təmiri, ilkin tibbi-sanitar yardım, su təchizatı və kənd təsərrüfatı daxildir”, – səfirlikdən qeyd ediblər.
Əlavə olunub ki, ABŞ-ın Bakıdakı səfirliyinin tərkib hissəsi kimi USAID-nin Azərbaycandakı missiyası münaqişə nəticəsində ziyan dəymiş ərazilərin bərpasına dəstək olmaq və bu prosesdə iştirak etmək baxımından hökumətlə dialoq aparır, üstəlik, son 30 il ərzində USAID Azərbaycanın inkişafının təşviqi üçün 400 milyon ABŞ dollarından çox ikitərəfli yardım, eləcə də humanitar yardım göstərib.
"USAID/Azərbaycan davam edən inkişaf fəaliyyətlərinin bir hissəsi kimi Azərbaycan vətəndaşlarına dəstəyi davam etdirməyi səbirsizliklə gözləyir” – səfirlikdən vurğulanıb.
Qeyd edək ki, bugünlərdə "Caliber.az” saytı Xocavənd rayonunun 2020-ci ilin oktyabrında Azərbaycan ordusunun işğaldan azad etdiyi Bulutan kəndində işğal dövründə USAID tərəfindən tibb məntəqəsinin tikilib və lazımi avadanlıqlarla təchiz edilməsi barədə məlumat yayıb.
Bunun sübutu kimi saytda tibbi yardım məntəqəsinin avadanlıqlarında USAID-nin loqolarının əks olunduğu fotolar yerləşdirilib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol