Kəlbəcər atəşə tutulub

Fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan bölmələrinin cavab tədbirləri nəticəsində Ermənistan tərəf susdurulub. Azərbaycan tərəfinin şəxsi heyəti və texnikasında itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.
www.anews.az
























