• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da Dağlıq Qarabağ münaqişəsindən danışdılar

ABŞ-da Dağlıq Qarabağ münaqişəsindən danışdılar
04.05.2014 09:32

ABŞ-Azərbaycan Konvensiyası yekunlaşıb.  ABŞ-Azərbaycan Konvensiyasi 2 ölkə arasında mühüm əməkdaslıq sahələrində - siyasi, iqtisadi, humanitar, təhlükəsizlik sahələrində səmimi muzakirəsi uçun imkan yaradıb. 

Tədbir Azərbaycan həqiqətlərinin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin ABŞ-ın siyasi, ictimai dairələrinə çatdırılması üçün mötəbər platforma olub. 

Qafqazın Şeyxi Allahşükür Paşazadə: 

“Qafqaz regionunun həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən bəri üzləşdiyi, ərazisinin 20 faizinin erməni qəsbkarları tərəfindən işğal olunması və 1 milyon insanımızın etnik təmizləmə siyasətinə məruz qaldığı Qarabağ munaqişəsidir. İşğal olunmus ərazilərimizdə musəlman, xristian və yəhudi dini abidələri dağıdılıb. Bu isə dinlərarası qarşıdurma təhlukəsinə yol aça bilər”.

Konvensiyanin işində çıxış edən amerikali qonaqlar Azərbaycan-ABŞ əlaqələrinin Ukrayna hadisələri fonunda əhəmiyyətinin daha da artdığını vurğuladılar.

Texas senatının nümayəndəsi Dennis Kec: 

“Azərbaycan ABŞ üçün strateji əhəmiyyətə malikdir. ABŞ heç şubhəsiz ki, Azərbaycanın gözəl partnyorudur. Biz basa düşürük ki, Azərbaycanın yerləşdiyi yer dunyanın çətin bölgələrindəndir. Bizim möhkəm ikitərəfli əlaqələrə malik olmağımız hər iki ölkə üçün vacibdir, belə ki, bölgədə və dunyada sülh və sabitliyə xidmət edir. Mənim 2 il əvvəl ABŞ-dan olan siyasətçilərlə birgə Azərbaycana səfər etmək imkanım olub. Bu, sözün əsl mənasında gözləri açan bir səfər oldu”.

Tədbirdə çıxış edən ABS-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ikitərəfli əlaqələrdə yaranan böhranlı məqamlara da toxundu. Amerika səfiri Ukraynada vəziyyətin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini göstərdiyini deyərək, Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin nizamlanması məqsədilə konkret addımların atılması üçün birgə işləməli olduğunu və bunun Rusiyanın tam əməkdaşlığı olmadan çətin olacağını bildirdi.

Çıxış eden Konvensiya uzvləri yerləşdiyi çətin qonşuluqda Azərbaycanın strateji partnyor rolundan razılıq ifadə etdilər. 

Beləliklə, sayca 3-cu olan Azərbaycan-ABŞ Konvensiyasi ölkənin regionda artmaqda olan nüfuzunun daha bir göstəricisi oldu.

ANS PRESS

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol