• $
  • €
  • ₽
  • ₺
  • £

Pənah Hüseyn canlı efirdəki davadan danışdı

Pənah Hüseyn canlı efirdəki davadan danışdı
23.02.2022 11:12
Ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar.

Davaya səbəb isə tərəflərin bir-birinə qarşı "gədə” "düdük” kimi qeyri-etik ifadələr işlətməsi olub. 

Baş verənlər daha sonra sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. 


Eks-baş nazir Pənah Hüseyn hadisədən bir neçə saat sonra canlı yayıma çıxaraq açıqlama verib.  

"Əvvəla hövsələsizlik oldu və mən hesab etmirəm ki, haqlı idim. Hövsələmi saxlamadığıma görə”, - deyə o bildirib.  


Pənah Hüseyn qeyd edib ki, sonradan verilişdə onu nəyin hövsələdən çıxardığına bir də baxıb: "Mübahisə, Tofiq müəllimin (Tofiq Qasımov – Azərbaycanın sabiq xarici işlər naziri –red.) Türkiyəyə 32 dəfə, Moskvaya bir dəfə getməsi replikasından başladı məncə. Bəlkə də, o demək istəyirdi ki, balans olmalı idi. Mən də bu məsələyə reaksiya verdim”.


O həmçinin bildirib ki, hər kəsin öz fikrinə sahib olmaq, özünü ifadə etmək hüququ var: "Gərək verilişdə belə şeylər olmasın. Uşaqlıqdan belə şey olur. Yəni demirəm ki, xüsusi bir peşmançılıq var. Lakin hesab edirəm ki, gərək belə olmayaydı. Hər halda yaşımız da o yaş deyil”.


Pənah Hüseyn politoloqla mübahisə zamanı işlədiyi ifadəyə (gədə -red.) də münasibət bildirib: "Mən mübahisə zamanı bir ifadə işlətdim, onun qətiyyən valideynlərə aidiyyəti yoxdur. Bunu deməyi vacib bilirəm. Valideyn məsələsində çox həssasam. Nə öz valideynlərimin, nə də digər valideynlərin haqqında hər hansı bir həqarət işləməyi doğru sayıram. Mən onu nəzərdə tutmurdum. Heç bir halda mən kiminsə valideyninə həqarət etmərəm”.


Siyasi analitik Tofiq Abbasov isə "Qafqazinfo”ya açıqlamasında baş verənlərlə bağlı bunu deyib: "Mövqeyim orada olanlardır. Mən heç bir şey əlavə etmək istəmirəm. İnsidentdir oldu çıxdı, getdi. Məsələnin böyüməsində heç bir marağım yoxdur, buna lüzum görmürəm”.(qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol