• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ senatoru Putinə görə Azərbaycana xəbərdarlıq etdi

ABŞ senatoru Putinə görə Azərbaycana xəbərdarlıq etdi
01.05.2014 16:54
ABŞ senatoru Azərbaycana Rusiya ilə bağlı xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, Nyu Hempşir senatoru Kelli Ayotte Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumunda çıxışında Rusiyanın işğalçı siyasətinə diqqəti yönəldib. Senator qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin siyasəti Ukraynanın müstəqilliyini təhdid edir. O bildirib ki, bu hadisələr daha əvvəl Gürcüstanda da təkrarlanıb.Ayotte Putinin bir başqa ölkəni daha işğal etməsinə qarşı digər qonşu ölkələri məsuliyyətli və həssas olmağa çağırıb: "Bu gün buradan açıqlamaq istəyirəm ki, Putinin işğalına qarşı senat liderləri və üzvləri ilə daha sərt sanksiyalar üçün layihə təqdim edəcəyik. Sərt sanksiyalarla Rusiyanın öz sərhədləri içində qalması və digər ölkələrin müstəqilliyinə qarşı hörmət etməsini hədəfləyirik". Senator həmçinin bildirib ki, iki ölkə arasındakı əlaqələr daha çox güclənəcək: "Əməkdaşlığımız, iqtisadi əlaqələrimiz daha da güclənərək dünyaya daha çox güvən verəcək və sabitlik təmin edəcək''.Senator Ayottedən sonra kürsüyə gələn Nyu York Əyaləti Federal millət vəkili Qreqori Mik Konqresə əhəmiyyətli sayda millət vəkili və senatorun qatıldığına diqqət çəkib. O bildirib ki, bu, ABŞ- Azərbaycan əlaqələrinin bizim üçün xüsusi olduğunu göstərir.Ukraynada baş verən son hadisələrdən də danışan millət vəkili Rusiyanın təcavüzkarlığından narahat olduqlarını bildirib:"Burada əsas sual budur ki, Azərbaycanı dost olaraq görən ABŞ-ın mövqeyi nə olacaq? Burada bu gün sizə deyirəm. ABŞ olaraq Azərbaycandakı dostlarımıza dəstək olacağımızı bilmənizi istəyirəm. Həmçinin dünyanın, Azərbaycan ilə çiyin-çiyinə olduğumuzundan əmin olmasını təmin edəcəyik. Rusiyanın təcavüzkarlığı ilə bunu dəyişdirməsinə icazə verməyəcəyik".ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol