• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağda müharibə yenidən başlaya bilərmi?

Dağlıq Qarabağda müharibə yenidən başlaya bilərmi?
10.03.2022 18:29
Bu gün Azərbaycan Silahlı  Qüvvələrinin Ağdam rayonu ərazisində olan mövqeləri Rusiya  sülhməramlılarının atəşkəsə nəzarət etdiyi Dağlıq Qarabağ ərazisindən 28 dəfə atəşşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 
 
Bəs atəşkəsin pozulması Azərbaycanla Ermənistan arasında müharibənin yenidən başlanmasına işarədirmi?
 
Sözügedən məsələ ilə bağlı siyasi şərhçi Rauf Mirqədirov anews.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında  hərbi əməliyyatlara yalnız Rusiyanın istəyi ilə başlanıla bilər. Rusiyanın isə  başı Ukrayna ilə müharibəyə qarışıb. 
 
 ''Buna Rusiya tərəfi xüsusi nəzarət edir. Hazırda Rusiya ilə Ukrayna arasında davam edən müharibə buna şərait yaratmır'', -  Mirqədirob bildirib.
 
Hərbi ekspert Ramil Məmmədlinin fikrincə,  Ermənistan tərəfinin  əsas məqsədi vəziyyəti gərgin saxlamaqdır. Regionda müharibənin olması gözlənilmir.
 
''Ermənistanın məqsədi qalmaqal yaradıb, beynalxalq təşkilatlara münaqişəni qəbul etdirməkdir.  Bu birmənalı təxribatdır, müharibə gözlənilmir'',  - hərbi ekspert bildirib.
 
Amma millət vəkili Elman Nəsirovu sözlərinə görə,   müharibənin yenidən ermənilər tərəfindən başlanması gözləniləndir. 
 
''Ermənistana  məxsus hərbi birləşmələr Azərbaycan ərazisində qalmaqda davam edir.  44 günlük müharibə başa çatsa da bu məsələ ilə maraqlanan yoxdur. Bu səbəbdən də müxtəlif təxribatlar törədirlər. Biz köklü təmizlik işləri görməliyik, erməniləri  torpaqlardan tamamilə təmizləməliyik. Bunu müharibə adlandırmaq olmaz. Bu anti-terror əməliyyatı hesab olunur. Ermənilər tərəfdən müharibən təhlükəsi hələ sovuşmayıb'', - Nəsirov  bildirib.
 
Aytac Zeynalova


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol