Müsavat Partiyasının mitinqi təxirə salındı

Müsavat Partiyasının “Nida”çıların həbsinə etiraz məqsədilə mayın 4-nə təyin etdiyi mitinq təxirə salınıb.Bu barədə APA-ya məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, mitinqin təxirə salınmasına səbəb siyasi təşkilatların müraciəti olub: “Biz mayın 4-də keçiriləcək mitinqlə bağlı bir sıra siyasi təşkilatlara, QHT-lərə çağırış etmişdik. Lakin onlar bizə cavablarında mitinqin vaxtının dəyişdirilməsini, təxirə salınmasını təklif etdilər. Biz də bunu nəzərə aldıq”. G. Aslanlı qeyd edib ki, mitinq bütün hallarda keçiriləcək, hələlik konkret vaxt müəyyənləşməyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















