• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı Rus icmasının bəyanatı: “Rusiyanı başa düşməyi xahiş edirik”

Azərbaycandakı Rus icmasının bəyanatı: “Rusiyanı başa düşməyi xahiş edirik”
27.03.2022 18:46
Azərbaycanın Rus İcması Respublika Şurası Ukraynada hərbi əməliyyatlar nəticəsində dinc əhalinin həlak olması ilə əlaqədar rus və ukrayna xalqlarına dərin hüznlə başsağlığı verir.

Bu barədə Rus İcmasının yaydığı bəyanatda deyilir.

"Azərbaycanda yaşayan rus icmasının Respublika Şurası Ukraynada aparılan hərbi əməliyyatlar nəticəsində mülki əhali arasında itki verdiyinə görə, Rusiya və Ukrayna xalqlarına başsağlığı verir. 

Bu yaxınlarda Azərbaycan 30 il erməni  hərbi birləşmələri tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasının ildönümünü qeyd edib. 

Bir milyon qaçqın və məcburi köçkünü, Vətən uğrunda canını vermiş  minlərlə gəncin ölümünü, yüzlərlə dağıdılmış şəhər və kəndləri Azərbaycan xalqının yaddaşından silmək mümkün deyil. 
 
Bütün bu illər ərzində Azərbaycan  bir çox ölkə və beynəlxalq təşkilatların ədalətsiz yanaşması ilə üzləşib, aqressora təzyiq etmək üçün lazımi sanksiyalar qoyulmayıb.   Hətta bu gün, Azərbaycan erməni işğalçıları tərəfindən  məhv edilmiş kommunikasiyaları bərpa etdiyi bir zamanda Avropa Parlamenti  Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib. 

Bütün bu illər ərzində ABŞ və onun müttəfiqləri  nə vaxtsa qardaş olmuş Rusiya və Ukrayna xalqları arasında düşmənçilik yaratmağa çalışır. 

Əgər ölkə başdan ayağa kimi xarici silahla silahlandırılırsa,  yeniyetmələr Rusiyaya qarşı faşist və millətçi  baxımdan tərbiyə edilirsə,  adamlar həbsxanalardan azadlığa buraxılır  və guya Ukraynanın suverenliyinin müdafiəsi  məqsədilə silahlandırılırsa  bu ölkəni nə gözlədiyini  təsəvvür etmək çətin deyil. 

Səkkiz ildir ki,  Böyük Vətən Müharibəsi zamanı qazanılan qələbəni Ukrayna xalqının yaddaşından silməyə çalışıblar, faşist ideologiyasınn daşıyıcısı Stepan Banderanın portretləri ilə qəhrəman şəhər olan Kiyevin mərkəzi küçələri ilə yürüşlər keçirilib. 

Donbas xalqı buna dözə bilməyib, səkkiz ildir zirzəmilərdə Ukrayna artilleriyasının həmlələri altında yaşayıb.

Azərbaycanın Rusiya icması ictimaiyyəti  Rusiyaya anlayış göstərməyə çağırır.  Rusiya ölkəsinin təhlükəsizliyini təmin etməyə, NATO-nun  şərqə tərəf  böyüməsinin qarşısını almağa çalışır. Biz Ukraynaya və Ukrayna xalqına  sülh və Rusiya ilə mövcud dostluğu bərpa etməyi arzulayırıq.  Biz əminik ki, o gün gələcək". 

 Azərbaycan Rus İcmasının sədri Milli Məclisin I, II, III, IV və V çağırış deputatı Mixail Zabelindir.
 
Amma Rus icmasının bu bəyanatı bir çox Azərbaycan rusları tərəfindən hiddətlə qarşılanın. Məsələn, 
"Report"a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının sabiq həkimi Boris Xetaqurov Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandıran bəyanatından  hiddətləndiyini bildirib.

"Birincisi, ümumiyyətlə, bu mövqedə olan bir icma Azərbaycanda niyə fəaliyyət göstərir? Bu icma, əksinə, Azərbaycan xalqını, dövlətimizin, Prezidentimizin apardığı siyasətini dəstəkləməlidir. Digər tərəfdən, o, Milli Məclisin deputatıdır. Onun Rusiyaya haqq qazandırması ilə qətiyyən razı deyiləm. Hazırda Ukraynanın işğalı aparılır".

Onun fikrincə, Zabelinin Milli Məclisə namizədliyini irəli sürənlər və deputat seçənlər yığışmalı, ondan izahat tələb etməlidirlər:

"Çünki o, bütün rusları zərbə altında qoyur. Onlar rus deyillər, Azərbaycan vətəndaşlarıdırlar. Mən Rusiyadan gələrək, Azərbaycanda müvəqqəti yaşayanları rus hesab edirəm. Azərbaycan vətəndaşı olan ruslar Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirlər. Zabelin isə Azərbaycan dövləti və onun Prezidentinin mövqeyinin əleyhinə addım atır. Ona görə də seçicilər Zabelindən izahat tələb etməli, belə müraciətə imza atıbsa, Milli Məclisdən geri çağırılması üçün müraciət etməlidirlər. Belə praktikalar olur".
 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol