• $
  • €
  • ₽
  • ₺
  • £

Ayaz Mütəllibov kimdir?

Ayaz Mütəllibov kimdir?
28.03.2022 13:40
Bu gün  müstəqil Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Niyazi oğlu Mütəllibovla vida mərasimi keçirilir. Bəs görəsən Ayaz Mütəllibov kim olub? 
 
Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib.

1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olub.

1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1990-cı ilin yanvarından  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990-cı ilin mayından  Azərbaycan SSR Ali Soveti tərəfindən yeni təsis olunmuş Azərbaycan SSR-nin rəhbəri vəzifələrini icra edib. 

1991-ci il sentyabrın 8-də ümumrespublika seçkilərində  Azərbaycan Respublikasının prezidenti seçilib. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədir, azərbaycanlıları soyqırıma məruz qoyurlar. Bu faciədən sonra Milli Məclisdə təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Fraksiyasının təmsilçiləri parlamentin növbədənkənar sessiyasını çağırmağa nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edirlər. O, 1992-ci il martın 6-da istefa verərək Moskvaya təcili mühacirət edir.  

2012-ci ilə kimi  Moskvada yaşayan Mütəllibov   həm də Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri idi.

Eks prezident 2012-ci il iyunun 30-da Azərbaycan Sosial Demokrat Partiyasında tutduğu vəzifədən və siyasətdən getdiyini bəyan edib.
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol