Azərbaycanın İsraildə Turizm Nümayəndəliyi açılıb.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycanın İsraildə Turizm Nümayəndəliyinin açılması ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində böyük addımdır. İsrail və Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb”, - paylaşımda qeyd edilib.