Çavuşoğlu: Lavrov və Kuleba yaxın zamanda görüşə bilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Kubela yaxın iki həftə ərzində görüşə bilər, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyətlərinin bu həftə İstanbulda apardığı danışıqlardan sonra Kuleba və Lavrovla telefonla danışıb.
"Daha yüksək səviyyədə, ən azı xarici işlər nazirləri səviyyəsində görüş bir-iki həftə ərzində baş tuta bilər”, - Çavuşoğlu televiziyaya müsahibəsində deyib.
Rusiya Xarici İşlər Nazirliyi Çavuşoğlunun sözlərinə münasibət bildirərək bildirib ki, Moskva Lavrov və Kuleba arasında görüşdən imtina etməyəcək.

Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 