• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın tərk edən azərbaycanlıların sayı açıqlandı

Ukraynanın tərk edən azərbaycanlıların sayı açıqlandı
31.03.2022 13:38
Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi  səbəbindən 20 min  Azərbaycan vətəndaşı Ukraynadan  qaçmaa məcbur olub. Bunu Azərbaycan xariciişlər naziri Ceyhun Bayramov Polşa xarici işlər naziri Zbiqnev Rau ilə görüşünün nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib. 
 
"20.000 azərbaycanlı soydaşımız Ukraynadan getməyə məcbur olub. Onlardan 4 mini Polşa ərazisindən keçərək Ukraynadan çıxıb. Onların keçməsi üçün diplomatik səviyyədə hər cür şərait yaradılıb və buna görə Polşa tərəfinə təşəkkürümü bildirmək istəyirəm", -  Bayramov deyib. 
 
Ceyhun Bayramov həmçinin bildirib ki, 2022-ci il Polşa-Azərbaycan münasibətləri tarixində xüsusi ildir. 

"Biz diplomatik münasibətlərin təsis edilməsinin 30 illiyini qeyd edirik. Ölkələrimiz arasında strateji əməkdaşlıq barədə yol xəritəsinin 5 ili tamam olur. İqtisadi, siyasi sahələrdə olan çoxsaylı tədbirlər  münasibətlərimizin düzgün olduğunu göstərir. Bu ilin fevralında strateji dialoqumuzun ilk iclasını Varşavada keçirmişik. İqtisadi əməkdaşlığa xüsusi yer ayrılıb. Bura nəqliyyat, transit, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlıq daxildir.  2022-ci ilin ikinci yarısında  Polşa Azərbaycan hökümətlərarası komissiyasının səkkizinci iclasını keçirmək nəzərdə tutulub", - Bayramob bildirib. 

O həmçinin 2022-ci ilin mayında Bakı-Varşava-Bakı marşrutuilə yeni aviareysin  açılacağını da bildirib. 

Bayramovun sözlərinə görə Polşalı həmkarı ilə həmçinin Ukraynada baş verən hadisələri müzakirə edib. 

"Bizim görüşümüzün böyük hissəsi Ukrayna ilə bağlı durumu necə həll etmək, böhrana məruz qalmış insanlara yardımın intensivləşdirilmək, humanitar yardım məsələsinə həsr edilib", - Bayramov Vurğulayıb. 

Polşanın xarici işlər naziri Zbiqnev Rau-da ATƏT-in fəaliyyətdə olan sədri kimi bu qurumun Ukraynada baş verənlərdən narahat olduğunu bildirib. 

"Rusiyanın Ukraynaya əsassız  müdaxiləsi  təhlükədir. ATƏT-i münaqişələrin həllində rol oynayan qurum kimi bu çox narahat edir.Biz ATƏT-in bu münaqişənin həllində də böyük rol oynayacağını düşünürük", Rau bildirib. 

 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol