Rusiya bu şəxslərin ölkəyə girişini qadağan edir

Rusiya sanksiya tətbiq edən Avropa ölkələrinin ölkəyə girişvsiyahısını artırır,bu barədə Rusiya Xarici İşlər nazirliyindən bildirilib.
Belə ki, məhdudiyyətlər Avropa İttifaqının ali rəhbərliyinə, o cümlədən bir sıra Avropa komissarlarına və Aİ hərbi strukturlarının rəhbərlərinə,həmçinin anti -Rusiya siyasətini təbliğ edən Avropa parlamenti üzvlərinin böyük əksəriyyətinə şamil edilir.
Fevralın 24-dən Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirtməsindən sonra bir çox Avropa ölkələri Rusiya üçün sanksiyalar tətbiq edib. Bunun nəticəsində də dünyaca məşhur brendlər Rusiya ərazisində öz fəaliyyətini dayandırıb.
Gülnar Nazimqızı
www.anews.az
























