• $
  • €
  • ₽
  • ₺
  • £

İran prezidenti Azərbaycana səfər edəcək

İran prezidenti Azərbaycana səfər edəcək
29.04.2014 16:46
İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Bakıya səfər planı təsdiqlənib. ANS PRESS-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm deyib. "Səhər" kanalının məlumatına görə, o,həftəlik brifinqində bu barədə məlumat verib. "Azərbaycan Respublikasına səfər proqramı Həsən Ruhaninin iş gündəmində durur. Bildirməliyik ki, cənab Əliyevin Tehrana səfəri uğurlu olub və demək olar ki, əməkdaşlıqlar və dostluqlar və həmkarlıqların yeni sahələri yaradılıb. Bu səfərlərlə əvvəlkindən daha artıq iqtisadi əməkdaşlıqlar barədə razılaşmalar haqda da danışıldı və ciddi iş gündəmində durdu".İran XİN sözçüsününü sözlərinə görə, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun səfərinin bu ölkənin prezidetinin İrana səfərindən dərhal bir həftə sonra həyata keçirilməsi də son dərəcə önəmlidir və ondan xəbər verir ki, əlaqələr yaxşılaşmaqdadır. "Bu əlaqələr göstərir ki, Tehran və Bakı keçmişdəkindən daha çox bir-biri ilə həmkarlıq etmək kimi yüksək hədəf ardıncadırlar.Qətiyyətlə demək olar ki, hər bir ölkənin ən yüksək rəsmisi olan prezidentin səfəri bir çox təsir və nailiyyətlərə malik ola bilər. İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri də əlaqələrin genişlənməsi və mühüm razılaşmaların əldə olunması üçün böyük ciddi-cəhddir. Cənab Ruhaninin səfəri mütləq iki ölkə üçün faydalı olacaq".ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol