• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev İsrail rəsmisini qəbul edib - YENİLƏNDİ

Prezident İlham Əliyev İsrail rəsmisini qəbul edib - YENİLƏNDİ
05.04.2022 14:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edib.

İlham Əliyev ölkələri arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının önəmini vurğulayıb.

Prezident İlham Əliyev həyata keçirilən qarşılıqlı səfərlərin də əlaqələrimizin inkişafına töhfə verdiyini bildirib.

İqtisadi sferada əlaqələrə toxunan dövlətimizin başçısı energetika sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib, Azərbaycanın İsrailin mühüm neft təchizatçılarından biri olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerjiyə artıq fəal şəkildə sərmayə qoyulduğunu bildirərək, İsrail şirkətlərinin də ölkəmizdə bu sahəyə maraq göstərdiyini qeyd edib və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı potensialın olduğunu bildirib. Dövlətimizin başçısı İsrail şirkətlərinin yüksək texnologiyalar sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib.

Dövlət başçısı hərbi-texniki sahədə də ölkələrimiz arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışıb, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğulayıb, yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirib.

İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilk növbədə Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Qonaq Azərbaycanın gözəl bir ölkə olduğunu vurğulayaraq uzun illər xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrinin mövcud olduğunu məmnunluqla bildirib. O, yəhudi icmasının ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini deyib və bu baxımdan Azərbaycanın nümunəvi ölkə olduğunu vurğulayıb.

"İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz ölkənizin ərazi bütövlüyünün bərpa olunmasını alqışlayırıq. Bu, çox önəmlidir”, - deyən qonaq Ermənistanla Azərbaycan arasında danışıqların uğurlu olacağına və bunun da regionda sabitliyin möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirib.
Yoel Razvozov İsrail şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, ağıllı şəhər, energetika, su təchizatı və digər sahələrdə iştirak etməkdə də maraqlı olduqlarını deyib.

Azərbaycanın biznes üçün çox yaxşı imicə malik olduğunu vurğulayan İsrailin turizm naziri ölkəmizdə biznes fəaliyyəti üçün təhlükəsiz və təminatlı şəraitin mövcudluğunun İsrail şirkətləri üçün cəlbedici olduğunu qeyd edib.

Yoel Razvozov bu il Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin də qeyd olunduğunu vurğulayıb.
 
******

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoal Razvozovu qəbul edib.
 
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol