• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan gələcəyi aydın olan ölkə kimi qəbul edilə bilər” - Prezident

“Azərbaycan gələcəyi aydın olan ölkə kimi qəbul edilə bilər” - Prezident
28.04.2014 10:47

“Keçmiş dövlət və hökumət başçılarının Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumuna qatılması bu tədbirin əhəmiyyətini göstərir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu da artıq nüfuzlu qurumlara çevrilib. Nizami Gəncəvi müdrikliyin rəmzi olub”. APA-nın məlumatına görə, bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, Forumda mühüm bəyanatlar veriləcək, görülmüş və görüləcək işlər haqqında danışılacaq. Prezident bildirib ki, Azərbaycanın müstəqilliyindən 22 il ötür, qısa müddətdə böyük uğurlar əldə olunub: “Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Azərbaycanın daha müasir dövlətə çevrilməsinə çalışırıq”. Dövlət başçısı Azərbaycanın əsrin əvvəllərində 2 il müstəqil olduğunu, sonra bolşeviklər tərəfindən işğal edildiyini diqqətə çatdırıb: “Azərbaycan işğal olunub, digər bir ölkənin tərkib hissəsinə çevrilib. İndi isə taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğalı, vətəndaş müharibəsi, iqtisadi, siyasi böhrana baxmayaraq, müstəqilliyimiz qorunub, inkişafa nail olmuşuq. Bu gün dövlətçiliyimizin möhkəm əsasları var, iqtisadi və siyasi islahatlar aparmışıq, azadlıqları təmin etmişik. Toplaşma azadlığı, media azadlığı artıq həyatımızın bir hissəsidir. İqtisadi əsaslarımız olmasaydı, bunlar olmazdı. İqtisadi və siyasi islahatlar paralel aparılmalıdır. Elə ölkələr var ki, 20 il əvvəl bizim üzləşdiyimiz çətinliklərlə üzləşir. Biz həmin ölkələr üçün nümunə ola bilərik”. Prezident vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin əbədi olması üçün iqtisadi qüdrətimiz artmalıdır: “Artıq Azərbaycan gələcəyi aydın olan ölkə kimi qəbul edilə bilər. Azərbaycanın 2020-ci ilə baxışla bağlı konsepsiyası var. Maliyyə vəziyyətimiz də sarsılmazdır. Çox aşağı səviyyədə borcumuz var, ümumdaxili məhsulumuzun 8 faizini təşkil edir. İqtisadiyyatımız şaxələnir. 2 minə yaxın məktəb tikilib. Əvvəllər miqrasiya Azərbaycandan başqa ölkələrə idisə, sonra ölkə daxilində regionlardan Bakıya oldusa, indi biz regionlardan Bakıya miqrasiyanı dayandırmağa çalışırıq”. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol