• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Sarkisyanın kabinetini izləyir"

"Azərbaycan Sarkisyanın kabinetini izləyir"
26.04.2014 20:14
Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov "Publika.az"a müsahibə verib. Müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, Avropa Birliyinin “Şərqi Tərəfdaşlığı” proqramının Praqa sammitində Prezident İlham Əliyevin ötən gün etdiyi çıxışı və Serj Sarkisyana tutarlı cavabı Türkiyə ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanıb. Bu barədə sizin də fikirləriniz maraqlı olar...
 
- Ermənilərin bütün türk dünyası ilə münasibətləri tarixindən danışarkən, ilk növbədə ermənilərin azərbaycanlılara qarşı 200 ildən çox vaxt ərzində törətdiyi soyqırım aktlarından danışmaq lazımdır. Bura 1905-1906, 1918-1920, 1948-1953-cü illər və 1988-ci ildən bəri törədilən soyqırımlar daxildir. Yəni 19-cu əsrdən bu yana 200 il ərzində ermənilər türklərə və azərbaycanlılara qarşı hər zaman soyqırımılar törədiblər.
İndi də Ermənistan rəhbərinin gündəlikdən kənar və Türkiyənin burada olmamasından sui-istifadə edərək ermənilərin qondarma soyqırım məsələsinin Praqa sammitində qaldırılması Serj Sarksiyanın söylədiyi cəfəngiyatdan başqa bir şey deyil. Sarksiyan hesab edirdi ki, Türkiyə sammitdə yoxdur və bundan istifadə edib tədbirdə iştirak edən dövlət başçılarını çaşdıra biləcək. Ancaq Sarksiyan anlamırdı ki, həmin sammitdə Türkiyənin yaxın dostu və qardaşı olan Azərbaycan prezidenti də əyləşib və cənab prezident İlham Əliyev də Serj Sarkisyana çox layiqli cavab verdi. Həqiqətən bir daha sübut olundu ki, Ermənistan qondarma soyqırım iddiaları ilə bağlı tarixi faktların araşdırılmasında maraqlı deyil. Cənab prezident İlham Əliyev Praqa sammitində doğru vurğuladı ki, əgər Ermənistan bu məsələnin aydınlaşmasında maraqlıdırsa, o zaman nə üçün Türkiyənin təşəbbüsünə cavab vermədi? Çünki Türkiyənin baş naziri Cənab Ərdoğan hələ bir neçə il bundan əvvəl bəyan etdi ki, biz arxivləri açmışıq, Ermənistanın, Türkiyənin və beynəlxalq komissiyalar bu məsələni birgə araşdırsın. Ancaq Ermənistan bunda maraqlı deyil. Çünki arxiv araşdırılsa, tamam başqa mənzərə ortaya çıxacaq və beynəlxalq komissiya da görəcək ki, ermənilərə qarşı heç bir soyqırımı olmayıb.
Çox təəssüf ki, “soyuq müharibə” dövründə ermənilər sui-istifadə edərək dünyanı aldada və qondarma soyqırım ilə bağlı aktları dünyanın bəzi ölkə parlamentlərində qəbul etdirə biliblər. Ancaq reallıq və fakt odur ki, ermənilərə qarşı heç bir soyqırım olmayıb. Əksinə, son 200 il ərzində azərbaycanlılara və türklərə qarşı ermənilər tərəfindən soyqırımı aktları törədilib. Əslində, Sarkisyan orada azərbaycanlılara qarşı törədilmiş soyqırımılara görə, xüsusilə, 1918-1920-ci illərdə və Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəməli və bu soyqırımıları tanımalı idi.  
Möhtərəm cənab prezidentimiz İlham Əliyevin də ötən gün Praqada Serj Sarkisyana bu tutarlı və ardıcıl cavabı bir daha sübut etdi ki, həqiqətən Azərbaycan və Türkiyə qardaş və dost dövlətlərdir. Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da Türkiyənin yanında olacaq.
 
- Ötən gün İrəvanda qondarma soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mitinqdə çıxışı zamanı erməni yazar Aykazn Qaqriyan deyib ki, Serj Sarkisyan Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun qətlə yetirilməsi üçün Ermənistan Milli Təhlükəsizik Xidmətinin direktoru Qorik Akopyana xüsusi tapşırıq verib. Buna münasibətiniz necədir?
 
- Serj Sarkisyanın bu tapşırığının çox sadə izahı var. Əslində, mən burada qeyri-adi heç nə görmürəm. Çünki həm Ermənistan, həm də onun prezidenti Sarkisyan mahiyyətcə terrorçudur. Biz hər zaman demişik, indi də bəyan edirik ki, Ermənistan mahiyyət etibarı ilə terrorçu dövlətdir. Təbii ki, bu terrorçu dövlətin başında da terrorçu prezident oturub. Ona görə də Ramil Səfərovun öldürülməsi ilə bağlı belə bir tapşırığın verilməsi terrorçunun xislətinə xas olan məsələdir. Sadəcə, bunu bir daha dünya görsün ki, Ermənistan prezidenti nə ilə məşğul olur. Mən Ermənistana dövlət deyə bilmirəm. Ermənistan dövlət deyil, terrorçu qurumdur, onun başında da Sarkisyan kimi cəllad və terrorçu oturub.
Ermənistan rəhbərliyi, o cümlədən prezidenti yaxşı bilməlidir ki, bu gün Azərbaycan dövləti 90-cı illərin əvvəllərində olan ölkə deyil. Bu gün Azərbaycanın güclü diplomatiyası var. Çünki hər bir siyasətdə də güc faktoru olmalıdır.
Cənab prezident İlham Əliyevin dünənki çıxışı da bunu bariz şəkildə göstərdi. Bu gün Azərbaycan çox güclü dövlətdir, onun güclü ordusu var və Azərbaycanla artıq başqa dildə danışmaq mümkün deyil.
Serj Sarkisyan da bilməlidir ki, onun oturduğu kabinet Azərbaycan Silahlı Qüvvələri tərəfindən dəqiq izlənilir. Sarkisyan bunu bilməlidir və nəzərə almalıdır.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol