• $
  • €
  • ₽
  • ₺
  • £

Serj Sarkisyana qandırıldı ki... - Şərh

Serj Sarkisyana qandırıldı ki... - Şərh
26.04.2014 14:49
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş sammitdəki nitqi ölkəmiz üçün prioritet olan məsələləri bir daha çılpaqlığı ilə ortalığa qoydu. 
Azərbaycanın Avropa təsisatlarına daha çox yiyələnməsi, Avropa İttifaqı ilə əməkdaşlığa önəm verilməsi, ölkəmizin müasirləşdirilməsi, Azərbaycanın iqtisadi, enerji sahəsində əldə etdiyi uğurlar və Dağlıq Qarabağ probleminin həlli, Azərbaycan və Türkiyənin qondarma "erməni soyqırımı"na qarşı birgə mübarizəsi bu prioritetlərin tərkib hissəsidir.
Bunların içərisində daha çox Ermənistan prezidenti Serj Sarkisyanın çıxışına münasibət diqqəti çəkdi. Prezident İlham Əliyev Sarkisyanın qondarma "soyqırım"la bağlı sərsəm mülahizələrinə cavab verdi. Özü də həm Türkiyənin, həm də Azərbaycanın adından. Bu mövqe tək Azərbaycanın deyil, bütün türk dünyasının mövqeyi idi, türk dünyasına çağırış idi. Həmçinin Azərbaycan və Türkiyə münasibətlərinin tək diplomatik yox, eyni zamanda mənəvi tellərə bağlılığına, Azərbaycanın Türkiyəyə olan qardaşlıq münasibətlərinin doğmalığına bir mesaj idi. Ermənistan prezidentinə qandırıldı ki, Azərbaycan ilə Türkiyə ögey yox, dogma qardaşdır. Serj Sarkisyana qandırıldı ki, toplantıda iştirak etməyən insanın, nümayəndələri olmayan dövlətin arxasınca danışmaq həm siyasi, həm də mənəvi əxlaqsızlıqdır, həyasızlıqdır. Serj Sarkisyana qandırıldı ki, onun çıxışı tam yalan, ictimai demoqoqiya üzərində qurulmuşdu. Demoqoqiya və yalan isə ictimaiyyətə təsir göstərmir.
Əslində, bu çıxışla Prezident İlham Əliyev Serj Sarkisyanın yerini, hansı əxlaqa malik olduğunu göstərdi. Azərbaycan Prezidentinin bu mövqeyi dünyaya bir mesaj idi: Türkiyəyə qarşı olanlar qarşısında Azərbaycanı, Azərbaycanın əleyhinə olanlar önündə Türkiyəni görəcək. Bu baxımdan Azərbaycan Prezidentinin səmimiyyətdən gələn, qardaşcasına etdiyi çıxışın, dəstəyin, Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavabın Türkiyə mediasının manşetinə çevrilməsi təsadüfi deyil. Bu, Türkiyə ictimaiyyətinin, xalqının, dövlətinin dəstəyə dəstək cavabıdır. Bu, onu göstərir ki, Azərbaycan və Anadolu türkləri bir-biriləri ilə bağlı duyğu və düşüncələrini qardaşcasına indiyədək necə daşıyıblarsa, sabah da elə daşıyacaqlar. Azərbaycan xalqının Türkiyəyə güvəni necə ki, dünən vardı, bu gün var və sabah da əksilmədən davam edəcək.
Prezident İlham Əliyevin sammitdə söylədiyi fikirlərin digər bir ünvanı Avropa ölkələri, beynəlxalq qurumlar idi. Dünya ölkələrinə səslənən fikir bu idi ki, Azərbaycan torpaqlarının işğalı faktı BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir. Bu vandalizmə, beynəlxalq hüquq prinsiplərinin kobudcasına pozulmasına görə isə Ermənistana qarşı sanksiyalar tətbiq edilmir, Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir.
Beynəlxalq hüququn baza prinsipləri ayaq altına salınıb, Ermənistan ciddi təzyiqlərlə üzləşmir, işğalçı ölkə kimi tanınmır. Hələ Avropa bir az da "humanistlik" edərək kriminal, terrorist Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələrinə viza verir.
Prezident İlham Əliyevin çıxışı ilə Azərbaycanın sülhə nail olmaq istəyini bir daha ortalığa qoydu və bunun üçün Ermənistan qarşısında tələb səsləndirdi. Bu tələb ondan ibarətdir ki, Ermənistan siyasi iradə nümayiş etdirməlidir. Bunun üçün isə ilkin olaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır.
Emil Hüseynli - Trend-in Azərbaycan Redaksiyasının rəhbəri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol