• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Demokratik Respublikasının işğal günü niyə qeyd olunmur?

Azərbaycan Demokratik Respublikasının işğal günü niyə qeyd olunmur?
28.04.2022 18:10
Bu gün   Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalının 102-ci ildönümüdür. 1920-ci il aprelin 27-də XI Qəzəl  ordu hissələri "internasional" zirehli qatarın müşayətiylə Azərbaycan ərazisinə sürətli hücum əməliyyatına başlayıb. 
 
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ölkə səviyyəsində geniş qeyd olunmur, ölkənin Rusiya tərəfindən işğal edildiyi barədə məlumatlar verilmir?
 
Siyasi məsələlər üzrə ekspert Elxan Şahinoğlunun sözlərinə görə, bu tarix unudulsa gələcəkdə eyni səhvlər yenidən təkrarlana bilər.
 
"Bu günü unutmaq olmaz. Rusiya siyasətində dəyişən heç nə yoxdur. 100 il bundan qabaq mövcud olan  siyasət bu gün də davam edir. Rusiya qonşu dövlətlər üçün təhdid mənbəyidir. Bu günü işğal günü kimi təqvimə salmaq lazımdır ki, gələcək nəsillər xatırlayıb təkrar səhvlər etməsinlər", - siyasi şərhçi deyib.
 
Politoloq, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, bu günün xatırlanmaması sadəcə insanların yadından çıxması ilə əlaqəli ola bilər.
 
"Bu daha çox daxili siyasətə aid olan məsələdir. İnsanlar mənfi olan hadisələri yaddan çıxarmağa meyillidirlər, bəlkə buna görə bu gün yada düşmür. Amma tarixi bir hadisədir, çünki Azərbaycan öz müstəqilliyindən məhrum olunub", - politoloq vurğulayıb.
 
Millət vəkili Zahid Orucun sözlərinə görə bu cür tarixi hadisələr daima tarixçilərin, dövlət instutlarının, partiyaların hədəfində olmalıdır.
 
"Tarixə münasibət siyasi hakimiyyətlərin baxışları ilə müəyyənləşmir. Biz işğal günlərinin qeyd edilməsi hadisəsini bu gün müxtəlif dövlətlərə qarşı özlüyündə bir savaşın tərkib hissəsinə çevrildiyini də görürük. Bu günləri qeyd etmək tarixinin unudulması anlamına gəlməməlidir. Siyasi təqvim daim dövlət inustutlarının diqqət mərkəzində olmalıdır. Qələbə günləri, uğur səlnamələri, zəfər hadisələrini millətimizin tarixi taleyində rol oynamış mühüm döyüşlər üzərindən proqramlaşmalıyıq. İdeologiyamız buna indeksləşməlidir. Nəticəsində isə daha yeni nailiyyətlər qazanmış olacayıq", - deputat qeyd edib.
 
Tarixçi Boran Əzizin sözlərinə görə Azərbaycan dövlət müstəqilliyinin qədrini bilən hər bir vətəndaş tarixində belə qanlı faciənin baş verdiyini bilməsi vacibdir.
 
"102 il bundan qabaq baş verən faciə 10 illik yox, 100 illik tariximizə qədər ağır təsir edib. Bu gün tarixdə AXC-nin süqutu 20 yanvar, Xocalı kimi təqvimə qara hərflərlə yazılmalıdır. Həmin hadisələrdə 48 min adam bolşeviklər tərəfindən məhv edilib. Bu dəhşətli bir represiyadır. Bu gün Azərbaycan Respublikasının hansı qurbanlar hesabına qorunub saxlandığını, müstəqilliyinin yenidən bərpasının necə böyük çətinliklər hesabına başa gəldiyini gənc nəsilə başa salmaq üçün bu günün təqvimə salınmasını zəruri hesab edirəm", - tarixçi deyib.  

Azərbaycan Xalq Cümhuriyyəti  1918-ci il mayın 28 -də yaranıb və  1920-ci il aprelin 28-də süquta uğrayıb.  Cümhuriyyət cəmi 23 ay yaşasa da dünya xəritəsinə Azərbaycan dövətinin adını yazdı.  
 
Gülnar Nazimqızı 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol