Fatma Səttarova ilə görüş oldu

Mayın 8-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun tapşırığı ilə İkinci Dünya müharibəsində qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub.
Təşkilatın rəhbəri Fatma Səttarova ilə görüşən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov veteranları faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edərək, Fövqəladə Hallar Nazirliyi adından əklil və Təşkilatın üzvü olan veteranlara bayram sovqatı təqdim edib.
www.anews.az
























