• $
  • €
  • ₽
  • ₺
  • £

Vitse-spiker məmur övladlarından danışdı

Vitse-spiker məmur övladlarından danışdı
24.04.2014 16:09
“İstər məmur övladı olsun, istər adi vətəndaş, qanun qarşısında hər kəs bərabərdir. İctimai asayiş pozulursa, insanların həyatı üçün təhlükə yaranırsa, kimliyindən asılı olmayaraq, buna qarşı vahid mövqe sərgilənməlidir”.Bu barədə Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova açıqlamasında son günlər bəzi məmur övladlarının paytaxtın küçələrində maşın yarışına çıxması, eləcə də digər qanun pozuntularına yol verməsinə münasibət bildirərkən deyib.Vitse-spiker qeyd edib ki, bu məsələlərə yanaşmada buna məmur, buna vətəndaş deyib bölgü aparılmamalıdır: “Əlbəttə, cənab prezidentin vurğuladığı kimi bütün məsələlərdə ən böyük məsuliyyət dövlət məmurlarının üzərinə düşür. Onların özünün fəaliyyəti, şəxsi həyati böyük rol oynayır. Lakin son vaxtlar cəmiyyətin gözündə belə yanlış tendensiya formalaşmağa başlayır ki, eyni hərəkətləri törədən başqasına qanunun gücü tətbiq olunanda bunu nəzərə almağı, bağışlamağı tələb edirlər, amma bir başqasına həddən artıq acımasız davranırlar. Ona görə də biz kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyini dəyərləndirməliyik. Hər kəs istər cəmiyyət, istər qanun qarşısında öz məsuliyyətini dərk etməlidir və buna uyğun hərəkət etməlidir.Bunu xüsusi bölgülərə, təbəqələrə bölüb münasibət bildirməyin tərəfdarı deyiləm”.B. Muradova paytaxt küçələrində təkcə məmur övladlarının deyil adi vətəndaşların da qanun pozuntularına yol verdiyini deyib.  /Publika.az/ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol