• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkil: “Şahin Sultanov bir nəfərin ifadəsi əsasında həbs edilib”

Vəkil: “Şahin Sultanov bir nəfərin ifadəsi əsasında həbs edilib”
24.04.2014 15:50
Ötən gün həbs edilən Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov Bakı İstintaq təcridxanasına (BİT) köçürülüb.Bu barədə APA-ya Ş. Sultanovun vəkili Adəm Məmmədov məlumat verib. A. Məmmədov bildirib ki, bu gün Ş. Sultanovla görüşüb: “Vəziyyəti yaxşıdır. Özünü gümrah hiss edir. Ona elan olunan ittiham üzrə isə özünü təqsirli bilmir. Şahin Sultanov bir nəfərin ifadəsi əsasında həbs edilib. Lakin həmin adamın ifadəsində ziddiyyətli məqamlar çoxdur. Ötən gün məhkəmə zamanı Şahin Sultanov həmin adamın ifadəsinə münasibət bildirdi. Qeyd etdi ki, hər il Müdafiə Nazirliyi və prokurorluq tərəfindən yoxlama aparılıb. Hansısa çatışmazlıq olsaydı, məlum olardı. Şahin Sultanov vitse-admiraldır. Uzun müddət hərbi sahədə təcrübəsi olan, donanmanın hərbi doktrinasını yazmış adamdır. O gedib anbarda malları saymır ki, görsün nə çatışmır. Əməkdaşlardan kimsə qanunu pozubsa, onlar cəzalandırılmalıdır. Şahin Sultanov da dedi ki, kiminsə saxtakarlıq etdiyini bilsəydi, özü onu cəzalandırardı. Bu bir təsərrüfat cinayətidir”. Vəkil məhkəmənin həbs-qətimkan tədbiri barədə qərarından apellyasiya şikayəti hazırladıqlarını və yaxın vaxtlarda şikayəti məhkəməyə təqdim edəcəklərini də bildirib. Qeyd edək ki, Ş. Sultanov ötən gün həbs edilib. Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilir,ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol