• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevi Kərbəlaya dəvət etdilər - VİDEO

İlham Əliyevi Kərbəlaya dəvət etdilər - VİDEO
24.04.2014 10:33
Müqəddəs İmam Hüseyn hərəminin rəhbər şəxsləri Bakıda səfərdədir. ANNET.Az ANS TV-yə istinadən xəbər verir ki, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İraq nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında qardaş münasibətlərin olduğu diqqətə çatdırılıb. Bütün Qafqazın Şeyxi İraq və Azərbaycan arasında vizasız gediş-gəlişlə bağlı sazişin imzalanmasını əlaqələrin daha da inkişafı baxımından yüksək qiymətləndirib. Bir sıra sahələrlə paralel din, mədəniyyət, o cümlədən dini turizmin inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Bütün Qafqazın Şeyxi son illər Azərbaycanda yeni məscidlərin tikintisinə, ziyarətgahların təmirinə dövlət başçısının xüsusi diqqət ayırdığını diqqətə çatdırıb. Azərbaycanda İraqın din və mədəniyyət günlərinin keçirilməsi istəyində olduqlarını dilə gətirən qonaqlar həmçinin hər iki ölkə arasında dini turizmin inkişafına xüsusi önəm verdiklərini bildiriblər. İmam Hüseyn ziyarətgahının nümayəndləri Azərbaycanda ibadət yerləri, ziyarətgahlara heyran qaldıqlarını dilə gətiriblər.Seyid Mushin əl-Həkimi dövlət başçısını və Bütün Qafqazın Şeyxini müqəddəs torpaqları ziyarətə dəvət etdi. Hacı Allahşükür Paşazadə belə ziyarətin olacağına ümid etdiyini, bu ölkənin dəvətilə İslam Konfransında iştirak edəcəklərini bildirib.ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol