• $
  • €
  • ₽
  • ₺
  • £

Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub

Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub
21.04.2014 20:00
 İsrailin hərbi və siyasi xadimi Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçilib.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1999-2001-ci illərdə İsrail hökumətinə rəhbərlik etmiş, müxtəlif illərdə ölkəsinin müdafiə naziri, daxili işlər, xarici işlər naziri və digər postlarını tutmuş Ehud Barak aprelin 27-30 Bakıya səfər edəcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməkdir. Səfər çərçivəsində Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin I Baş Assambleyasına da qatılacaq. Ehud Barak 2013-cü ilin mayında Bakıda təşkil olunmuş I Cənubi Qafqaz Forumunda da iştirak edib. Qeyd edək ki, Ehud Barak 2005-ci ildə İsrailin “Ynet” xəbər agentliyinin apardığı sorğu nəticəsində dünyanın mövcud olmuş ən nüfuzlu 200 yəhudisindən biri seçilib. Ehud Barak həmçinin Fələstinlə sülh danışıqlarında Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən İsrailin yeganə baş naziri kimi də tanınır.ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol