• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili prezidentlikdən sonra ilk dəfə Bakıya gəlir

Saakaşvili prezidentlikdən sonra ilk dəfə Bakıya gəlir
21.04.2014 16:00
Gürcüstanın sabiq prezidenti (2004-2013), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixeil Saakaşvili II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə aprelin 27-də Bakıya gələcək.  
Diasporla İş üzrə Dövlət Komitəsindən ANNET.Az-a verilən məlumata görə, bu, Saakaşvilinin prezidentlik müddəti başa çatdıqdan sonra Azərbaycana ilk səfəri olacaq.
Mixeil Saakaşvilinin Forum çərçivəsində “Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac” mövzusunun müzakirə ediləcəyi sessiyada çıxışı nəzərdə tutulub. 
Xatırladaq ki, Mixeil Saakaşvili 2013-cü ilin mayında Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunda da iştirak edib. O zaman gürcü siyasətçi Gürcüstan prezidenti olaraq Foruma qatılmışdı. 
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda  45 sabiq dövlət və hökumət rəhbərinin iştirakı nəzərdə tutulub. Ümumilikdə isə  Forumda 54 ölkədən 150-dən çox ictimai, siyasi xadimin, ekspert və elm adamının iştirakı gözlənilir.
ANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol