• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ dövlət katibi köməkçisinin müavini Azərbaycana səfər edib

ABŞ dövlət katibi köməkçisinin müavini Azərbaycana səfər edib
19.04.2014 10:35

Culia Neşevat: “Azərbaycan təmiz enerji sahəsində böyük irəliləyişə nail olub”

Enerji Resursları Bürosunda İcra üzrə ABŞ dövlət katibi köməkçisinin müavini, xanım Culia Neşevat (Julia Nesheiwat) bərpa olunan enerji resursları sahəsində fəaliyyətləri müzakirə etmək və əməkdaşlıq üçün potensial sahələri müəyyən etmək məqsədilə bu həftəsonu Azərbaycana səfər edib.

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanım Neşevat Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) ilə görüş keçirib.

 

Daha sonra xanım Neşevat Balaxanıdakı Tullantıların İdarə Olunması zavoduna, o cümlədən Tullantıların Enerjiyə Çevrilməsi zavoduna səfər edib.

 

Xanım Neşevat bildirib ki, Azərbaycanın alternativ və bərpa olunan enerji resursları sahəsində əldə etdiyi irəliləyişi görmək onu çox sevindirib. “Azərbaycan neft və qaz ölkəsi kimi tanınır, lakin biz Azərbaycanı həm də alternativ enerji resursları ölkəsi kimi tanımalıyıq. Azərbaycan təmiz enerji sahəsində böyük irəliləyişə nail olub və biz Azərbaycanla bu sahədə güclü tərəfdaşlığın qurulmasını səbirsizliklə gözləyirik”,- deyə o qeyd edib.

ANNET.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol