• $
  • €
  • ₽
  • ₺
  • £

Sabir Rüstəmxanlı partiyasına sədr axtarır

Sabir Rüstəmxanlı partiyasına sədr axtarır
17.04.2014 16:00
Vətəndaş və Həmrəylik Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiya sədrliyinə namizəd axtarışına çıxıb. Onun sözlərinə görə, partiyada sədr olacaq kifayət qədər yetkin adam var: "Amma əsas olan hər kəsin qəbul edəcəyi adamı seçməkdir. Çünki iddialı adamlar da çoxdur. Elə namizəd olmalıdır ki, onlar tərəfindən də qəbul edilsin. Hazırda qurultaya hazırlıq gedir. Bu yaxınlarda partiya məclisinin iclası keçiriləcək və qurultayın vaxtı ilə bağlı qərar veriləcək. İnşallah qurultaya qədər namizəd tapılsa, qurultayda gedəcəyəm". S. Rüstəmxanlı getməsinin səbəbini belə izah edib: "Partiya işləri vaxtımı çox alır. Mən 5 ilə yaxın nazir oldum, amma indiki kimi qəbuluma adam gəlmirdi. İndi bir partiya var, bir də dövlətə bağlı olmayan QHT. Yanıma isə yüzlərlə adam gəlir, elə bilirlər ki, hakimiyyətə bağlıyıq. Bacardığım qədər kömək edirəm, amma hər şeyi etmək mümkün deyil. Adamların qayğılarına qalmaq çətin işdir, yanına gələnlər naümid gedəndə insan pis olur. Qərarıma bunlar da təsir edib". 2015-ci il parlament seçkilərində namizədliyini verib-verməyəcəyinə gəlincə, S. Rüstəmxanlı bunun şəraitə bağlı olduğunu söyləyib: "Sədrlikdən getsəm də, partiyadan qopmaq fikrim yoxdur. Ola bilsin ki, partiyanın üzvü kimi namizəd siyahısında olum. Amma seçkidə iştirak edib-etməməyim hələ bəlli deyil. Amma əsas fəaliyyətimi DAK-da daha da genişləndirəcəyəm" Publika.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol