Ermənilər Azərbaycan ərazisində hərbi təlimə başladı
Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirlər. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, işğal altındakı ərazilərində təlimlər səhər saat 12:00-dən etibarən başlayıb. Təlimlərin Ağdamın Uzundərə adlı ərazisində keçirildiyi bildirilir. Rayonun cəbhə xəttində yerləşən kəndlərinin sakinlərininin ANS PRESS-ə verdikləri məlumata görə, qarşı tərəf ağır texnikadan istifadə edir. Sakinlər Uzundərə adlanan ərazidə silah səsləri eşidildiyini deyiblər. Sakinlərin sözlərinə görə, hava dumanlı olduğundan mərmi partlayışlarını görmək mümkün olmasa da ağır artilleriya qurğularından açılan atəş səsləri cəbhə xəttinə yaxın yerləşən Çəmənli kəndindən aydın eşidilir.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Siyasət 14:45 Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 13:52 Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 22:02 Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 12:09 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 10:29 Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 17:47 Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 16:30 Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 12:26 Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 19:56 Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb