• $
  • €
  • ₽
  • ₺
  • £

Rumıniya mətbuatı Kəlbəcərin işğalından yazdı

Rumıniya mətbuatı Kəlbəcərin işğalından yazdı
16.04.2014 09:12
Rumıniya mətbuatında Ermənistan tərəfindən Kəlbəcər rayonunun işğal edilməsinin 21-ci ildönümü ilə bağlı məqalə dərc olunub.Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, aprelin 14-də Rumıniyada geniş oxucu kütləsinə malik “Ultima ora” (son saat) qəzetində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsinin 21-ci ildönümü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyinin 2-ci katibi Tehran Şükürovun “Beynəlxalq hüququn kobud şəkildə pozulması - Azərbaycanın Kəlbəcər rayonunun işğalından 21 il keçir” (http://ultimaora.digi.ro/wp-content/uploads//Azerbaidjan.pdf) sərlövhəli məqaləsi dərc olunub, internet səhifəsində isə eyni adlı məlumat yerləşdirilib. Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, ağır nəticələri, hüquqi aspektləri, Ermənistanın işğalçı siyasəti, münaqişənin sülh yolu ilə həlli prosesi, habelə təcavüzkar Ermənistanın danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyi barədə geniş məlumat verilib. Məqalədə, həmçinin Azərbaycanın ərazi baxımından ən böyük rayonlarından olan Kəlbəcərin ölkənin əhəmiyyətli strateji nöqtəsi sayıldığı, mühüm təbii resurslarla, tarixi mədəniyyət abidələri ilə zəngin olduğu, strateji üstünlüklərə malik Kəlbəcəri işğal etməsi ilə qısa zamanda Ermənistanın Azərbaycanın daha 5 rayonunu işğal etdiyi göstərilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol