• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov: “Azərbaycanın ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir”

Zakir Həsənov: “Azərbaycanın ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir”
15.04.2014 16:32
Heç bir gücə Azərbaycan torpaqlarından istifadə edərək qonşu ölkələrə hücum etməyə icazə verilməyəcək. Bunu Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda iranlı həmkarı Hüseyn Dehqanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanda İsrail hərbi bazalarının yerləşdirilməsinə dair sualı cavablandırarkən deyib.
Trend-in İranın Mehr xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Z.Həsənov bildirib ki, Azərbaycanın ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir: "Biz buna icazə verməyəcəyik. Bu, Azərbaycanın rəsmi siyasətidir. Biz həmişə beynəlxalq və regional qurumlarda ölkəmizin bu rəsmi siyasətini aşkar bəyan etmişik".
Z.Həsənov deyib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, Azərbaycan ərazisində üçüncü ölkənin hərbi bazası yerləşdirilə bilməz.
Nazir İrana səfərini səmimi və yüksək səviyyədə səfər kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan və İranın müştərək bağlılıqları var və bu iki ölkə arasında həmişə dostluq və qardaşlıq münasibəti olub: "Səfər zamanı İranın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və Prezidentin birinci müavini ilə görüşlərimiz oldu və hərbi sahədə əməkdaşlıqlar üçün müzakirələr apardıq. Regional və beynəlxalq məsələləri də müzakirə etdik. Bu məsələlərdə eyni fikirdə idik".
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol