• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanın bu addımı bizi məyus etdi" - Morninqstar

"Azərbaycanın bu addımı bizi məyus etdi" - Morninqstar
14.04.2014 17:18
“Azərbaycan Təhsil Nazirliyinin Amerikadan Azərbaycana könüllülərin yeni qrupunun gətirilməsini istəməməsi bizi məyus etdi”.ANN.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. O, bir həftə əvvəl bu məsələ ilə bağlı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşdüyünü söyləyib: “Nazir aydın şəkildə bildirdi ki, bu addımda məqsəd Amerika Sülh Korpusunun fəaliyyətini məhdudlaşdırmaq deyil. Sadəcə, nazirlik özünün qaydalarını nəzərdən keçirmək istəyir. Nazir əmin olmaq istəyir ki, ölkəyə gələn könüllülər lazımi və doğru ünvanlara yönəldiləcək. O, bizi əmin etdi ki, hazırda ölkədə olan Sülh Korpusunun könüllüləri fəaliyyətlərinin sonuna kimi ölkədə qala biləcəklər. Mən inanıram ki, Təhsil Nazirliyi öz qaydalarını nəzərdən keçirdikdən sonra biz yeni razılaşma əldə edə biləcəyik. Bu da yeni könüllülər qrupunun Azərbaycana gəlməsinə imkan verəcək. Hər şeyi zaman göstərəcək”. Qeyd edək ki, R.Morninqstar Gəncəyə səfəri çərçivəsində şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovla görüşüb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol