• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov yeni açılan sektorundan danışdı

Əli Həsənov yeni açılan sektorundan danışdı
11.04.2014 17:07
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektoru yaradılıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, sektorun yaradılmasında məqsəd gənclər siyasətinin vahid mərkəzdən həyata keçirilməsi, Prezident Administrasiyasının gənclər təşkilatları ilə əlaqələrinin yaradılması və koordinasiya edilməsi, bu istiqamətdə gənclərdən gələn təşəbbüslərin ümumiləşdirilərək ölkə başçısına təqdim olunması və gənclər siyasətinin təkmilləşdirilməsidir.Əli Həsənov qeyd edib ki, gənclərə münasibət həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub: “Vaxtilə prezident Heydər Əliyevin Azərbaycanda təməlini qoyub, konsepsiyasını formalaşdırdığı daxili siyasət istiqamətlərindən bir məhz gənclər siyasəti olub. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Elə o vaxtdan Azərbaycan gəncliyinin inkişafı ilə bağlı xeyli dövlət proqramı qəbul olunub. Bu istiqamətdə dövlətin siyasəti mütəmadi olaraq yenilənərək təkmilləşib. Bu gün də həmin siyasət davam etdirilir. Azərbaycan gəncliyi dövlətimizin gələcəyidir. Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət, gəncliyin inkişafına qoyulmuş kapital Azərbaycanın gələcəyinə qoyulmuş kapitaldır, gələcəyin etibarlı təminatıdır. Ona görə də bu istiqamətdə siyasət davam etdirilir.Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclərlə iş sektorunun yaradılması zərurətdən doğur. Bu iş əvvəllər də ictimai-siyasi şöbədə aparılırdı. Amma digər şöbələr də gənclər siyasəti ilə ara-sıra məşğul olurdu. Bu səbəbdən yeni sektor yaradıldı.Azərbaycanda ayrıca Gənclər və İdman Nazirliyi mövcuddur. Nazirlik gənclər siyasətinə bilavasitə rəhbərliyi həyata keçirir. Prezident Administrasiyasında yaranan sektor isə nazirlik və Gənclər Fondu ilə birlikdə gənclər siyasətinin bütün sahələr üzrə vəziyyətini təhlil edəcək, gənclərin təşəbbüslərini ümumiləşdirəcək və uyğun dövlət siyasəti yönündə təkliflər verəcək” (“Mediaforum.az”).ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol