• $
  • €
  • ₽
  • ₺
  • £

Səməd Seyidov Avropa Şurasını ittiham etdi

Səməd Seyidov Avropa Şurasını ittiham etdi
10.04.2014 21:42
Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri çıxışlarında Rusiyanın işğalçı siyasətindən danışarkən Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı, Azərbaycanın da təcavüz və işğala məruz qaldığını vurğulayıblar.
APA bildirir ki, ukraynalı deputat Vladimir Pilipenko Rusiyanın Krımı işğal etməsindən bəhs edərkən deyib: “Əvvəl Azərbaycan idi, sonra Gürcüstan, indi isə Rusiya Ukraynanın ərazilərinin işğalına başlayıb. Biz Rusiyanı dayandırmasaq, görəsən növbəti ölkə hansı olacaq?..”
Müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Avropa Şurasını ikili standartların tətbiqində və məntiqsizlikdə ittiham edib: “Mən burada həmişə demişəm və indi yenidən ikili standartlardan yanaşmanı görürəm. Azərbaycanın 20 faiz ərazisi 20 ildir Ermənistan tərəfindən işğal altındadır və biz Avropa Şurasına üzv olduğumuzdan bu yana hər dəfə bu məsələni qaldırmışıq, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə səsləmişik. Ancaq bizim sözümüzə fikir verən olmadı. İndi Rusiyaya qarşı sanksiya tətbiq etmək istəyirik, bəs necə olur ki, Avropa Şurasında bir üzv ölkə digər üzv ölkənin ərazilərini 20 ildir ki, işğal edir, amma təşkilat bu illər ərzində heç sanksiya haqda eşitmək belə istəmir. Əgər biz Avropada, təşkilatımızda dəyərləri qoruyub saxlamaq istəyiriksə, daha əvvəllərə, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vaxtlara getməliyik və əvvəl bu işğalçı siyasətə qarşı sanksiyalar tətbiq etməliyik”. 
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri isə Rusiyanı dəstəkləyərək assambleyada bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol