• $
  • €
  • ₽
  • ₺
  • £

Minada həlak olan hərbçilərə şəhid statusu veriləcək - Nazirlik

Minada həlak olan hərbçilərə şəhid statusu veriləcək - Nazirlik
10.04.2014 19:29
Müdafiə Nazirliyi aprelin 7-də cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində həlak olan 3 hərbçiyə şəhid adının verilməməsi ilə bağlı son günlər sosial şəbəkələrdəki müzakirələrə aydınlıq gətirib.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həlak olan 3 hərbi qulluqçusuna “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq şəhid adı veriləcək.Qeyd edək ki, hadisə nəticəsində kapitan Orucəliyev Ceyhun Cəlil oğlu, əsgər Kərimov Seyfəddin Nəvai oğlu və əsgər Abdullayev Novruz Qurban oğlu həlak olublar, əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu, əsgər Mirzəyev Alı Pənah oğlu, əsgər İsgəndərzadə Azər Eyyub oğlu, əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu, əsgər Cəbrayılov Sadiq Misirxan oğlu və əsgər Talıbov Emin Talıb oğlu yaralanıblar.Eyni zamanda nazirliyin mətbuat xidmətindən əlavə olunub ki, hadisə zamanı həlak olan hərbi qulluqçuların hər birinin dəfn və yas mərasimində Müdafiə Nazirliyinin nümayəndələri və xüsusilə də hərbçilərin xidmət etdiyi Hərbi Hissələrin yüksək rütbəli zabitləri iştirak edib: “O cümlədən hər üç hərbi qulluqçunun ailəsinə diqqət və qayğı göstərilib”.ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol