• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə Bratislavada mədəniyyətimiz və tolerantlıq ənənələrimiz barədə danışıb - FOTOLAR

Asim Mollazadə Bratislavada mədəniyyətimiz və tolerantlıq ənənələrimiz barədə danışıb - FOTOLAR
10.04.2014 16:27
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Bratislavada Slovakiyanın mədəniyyət naziri Marek Madariçin dəstəyi ilə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunmuş "Azərbaycan obyektivdə" adlı fotosərgidə iştirak edib.Partiyanın mətbuat xidmətindən ANN.Az-a daxil olan məlumata görə, millət vəkillərinin, xarici diplomatların, jurnalist və ictimai xadimlərin bir araya gəldiyi tədbirdə A.Mollazadə  Azərbaycan mədəniyyəti və onun tolerantlıq ənənələrindən danışıb. Azərbaycanın Avropa dəyərlərini özündə ehtiva edən ilk müsəlman və türk ölkəsi olduğunu vurğulayan DİP sədri deyib: "Sərgidəki fotoşəkillərə baxarkən biz bir faktı göz önünə gətirməliyik ki, Azərbaycan Avropa mədəniyyətinə inteqrasiya edən ilk Şərq ölkəsi olub. Şərq dünyasında ilk opera, balet və caz orkestri məhz Azərbaycanda yaranıb. Biz bu ölkənin timsalında multikulturalizmin bariz nümunəsini görürük. Məsələn, Avropadakı müdhiş günlər zamanı təhlükə altında olan yəhudilər sığınacaq üçün məhz Azərbaycana pənah gətiriblər. Azərbaycanlılar hər zaman mədəniyyətlərin mübadiləsinə, sivilizasiyaların dialoquna açıq olublar.  Bu xalqın və ölkənin tarixən öz tolerantlığı, digər xalqlarla qurduğu mədəniyyət tərəfdaşlıqları sahəsində çox böyük təcrübəsi var. Mənim ölkəmdə yəhudilər, müsəlmanlar, protestantlar, katoliklər və pravoslavlar hamısı dinc şəraitdə yanaşı yaşayırlar. Bu fotoşəkillər vasitəsilə Azərbaycanın mədəniyyət və adət-ənənələri haqqında təsəvvürə malik ola bilərsiniz”.Millət vəkili həmişini qeyd edib ki, tezliklə Bakı Slavyan Universitetində Slovakiya mərkəzi açılacaq və Azərbaycan gəncləri gəlib Slovakiya və onun tarixini öyrənəcək, Slovakiyada təhsil alacaq, eləcə də slovakiyalı tələbələr Azərbaycan Diplomatik Akademiyasında təhsil alacaqlar. “Ümid edirəm ki, bu sərgi bizim ölkələrimiz arasındakı böyük əməkdaşlıqların yaranması üçün müjdəçi rolunu oynayacaq" – deyə A.Mollazadə əlavə edib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol