• $
  • €
  • ₽
  • ₺
  • £

İran ikinci edamını həyata keçirib

İran ikinci edamını həyata keçirib
12.12.2022 14:13
İran ölkəni bürüyən hökumət əleyhinə etirazlarla bağlı ikinci edamını həyata keçirdiyini bildirir.

Ədliyyə orqanları bildirib ki, Məcidreza Rəhnavard cümə axşamı səhər tezdən Məşhəd şəhərində "ictimaiyyət qarşısında" asılıb.

Məhkəmə, onun yarımhərbiləşdirilmiş Bəsic Müqavimət Qüvvələrinin iki üzvünü bıçaqlayaraq öldürdüyünü müəyyən etdikdən sonra onu "Allaha qarşı düşmənçilik" ittihamı ilə məhkum edib.

İnsan haqları qrupları etirazçıların heç bir qanuni proses olmadan saxta məhkəmələrdən sonra ölüm cəzasına məhkum edildiyi barədə xəbərdarlıq ediblər.

"Rəhnavard kobud ədalətsiz proses və şou məhkəməsindən sonra məcburi etiraflara əsaslanaraq edam cəzasına məhkum edilib. Bu cinayət İslam Respublikası üçün ciddi nəticələrlə qarşılanmalıdır", - Norveçdə yaşayan İran İnsan Haqlarının direktoru Mahmud Əmiri-Müqəddam Tvitter hesabında yazıb. 

"Minlərlə etirazçı saxlanılıb və onlarla ölüm hökmü artıq çıxarılıb. Etirazçıların kütləvi şəkildə edam edilməsi riski var", - o əlavə edib.

İğtişaşlarla bağlı ilk edam cümə axşamı baş verib və beynəlxalq qınaqlara səbəb olub.

23 yaşlı Möhsün Şəkəri paytaxt Tehranda Bəsic üzvünə pala ilə hücum etdiyi aşkarlandıqdan sonra "Allaha düşmənçilik"də təqsirli bilinib.

Bəsic İran hakimiyyəti tərəfindən müxalif fikirləri yatırmaq üçün tez-tez istifadə olunan sadiq könüllü qüvvədir.

İranın ruhani idarəsinə qarşı qadınların başçılıq etdiyi etirazlara səbəb hicabını  "nalayiq şəkildə” taxdığı iddiası ilə sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin həbsdə ölməsi olub.

Onlar 31 vilayətin hamısından 161 şəhərə yayılıb və 1979-cu il inqilabından sonra İslam Respublikası üçün ən ciddi problemlərdən biri kimi qiymətləndirilir.

İran liderləri etirazları ölkənin xarici düşmənləri tərəfindən qızışdırılan "iğtişaşlar” kimi qələmə verir.  Bununla belə, etirazçıların böyük əksəriyyəti silahsız və dinc şəkildə olub.

İnsan Hüquq Müdafiəçiləri Xəbər Agentliyinin (HRANA) məlumatına görə, indiyədək ən azı 488 etirazçı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, 18 259 nəfər isə saxlanılıb.  Agentlik, həmçinin 62 təhlükəsizlik əməkdaşının öldüyünü bildirib
 
Lida Abbaslı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol