• $
  • €
  • ₽
  • ₺
  • £

Seyran Ohanyandan növbəti sayıqlama

Seyran Ohanyandan növbəti sayıqlama
07.04.2014 12:50

"Xocalı şəhərində qırğınlar törədilərkən Ermənistan Silahlı Qüvvələri hərbi hücumların həyata keçirildiyi ərazidən dinc sakinlərin çıxarılması üçün xüsusi dəhliz yaratmağı təşkil edib.

Lakin Azərbaycan hökuməti bunun üçün heç bir təşəbbüs etməyib".ANS PRESS-in məlumatına görə, bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan bəyan edib.Bundan sonrakı yalan isə daha böyükdür. Sən demə Xocalıda dinc sakinləri Azərbaycan hərbçiləri güllələyib. Bu fikirləri Ohanyan hansısa mifik ekspertlərə isitnadən deyib. Məsələ burasındadır ki, o, heç bir ad çəkmir.Mən erməni hərbçisinə Vahid Mustafayevin “Xoca” filminə baxmağı tövsiyə edirəm. Bu sadəcə bədii film deyil, eyni zamanda sənədli filmdir. Erməni hərbçilərinin Xocalıda törətdiyi bütün vəhşiliklər filmdə gözlər önünə sərilir. Onlar dinc sakinlərə sadəcə atəş açmırdılar. Qadınlara, qocalara, uşaqlara əvvəlcə əzab verir, bıçaqla bədənlərinin müxtəlif hissələrini kəsir, yalnız bundan sonra öldürürdülər. Bütün bunları Azərbaycan jurnalisti Çingiz Mustafayev kamerasının yaddaşına yazıb.Ermənilər bu cür vəhşilikləri ilə azərbaycanlıları qorxutmağa çalışırdılar – “bu əraziləri tərk edin, yoxsa sizin də başınıza belə oyunlar açacağıq”.Ohanyanın sözlərinə görə, erməni hərbçiləri özlərini son dərəcə alicənab kimi aparıb. Guya onlar hansısa yaşayış məntəqəsinə hücum etməzdən əvvəl, xüsusi teleqram-xəbərdarlıqlar yollayırmışlar ki, sabah filan saatda biz hərbi hücumlara başlayacağıq. Bu, sadəcə sayıqlamadır.Çox ümid edirəm ki, Xocalı soyqırımında təqsirli olanlar əvvəl-axır mühakimə olunacaq və onların arasında Ohanyan da yer alacaq. Lakin belə insanları heç həbsxana da adam edə bilməyəcək. Çünki hələ də bir sıra erməni siyasətçi və hərbçiləri dənizdən dənizə Böyük Ermənistan xülyası ilə yaşayır. Xalq arasında əbəs yerə demirlər ki, “Qozbeli qəbir düzəldər”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol