• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ruben Vardanyandan Dağlıq Qarabağı tərk etməyi tələb edib

Azərbaycan Ruben Vardanyandan Dağlıq Qarabağı tərk etməyi tələb edib
23.12.2022 17:33
Azərbaycan erməni əsilli milyarder Ruben Vardanyandan Qarabağ ərazisini tərk etməyi tələb edir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
 
Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Rusiyanı Azərbaycanın aksiya keçirdiyi Laçın dəhlizinə nəzarət üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. O hesab edir ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeganə nəqliyyat yolunun bağlanmasına məhz Rusiya tərəfi icazə verib.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, bu yaxınlarda Rusiya vətəndaşlığından imtina edən milyarder Ruben Vardanyanın Qarabağa gedib orada siyasi fəaliyyətlə məşğul olması ilə Moskvanın heç bir əlaqəsi yoxdur.

Sentyabrın əvvəlində Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağ köçmək qərarına gəlib. Vardanyanın Ermənistanla Azərbaycan arasında növbəti gərginliklə bağlı belə bir addım atdığı bildirilirdi.

Dekabrın 22-də Rusiya prezidenti Vladimir Putin müvafiq müraciəti təmin edən fərman imzalayıb.

Forbes jurnalının məlumatına görə, Vardanyan 1 milyard dollara sahibdir.O, Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yerdədir - 2021. 2020-ci ildə bu siyahıda 103-cü yerdə idi.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol