• $
  • €
  • ₽
  • ₺
  • £

Türk mediası: “Ərdoğan Əliyevə gizli siyahı verdi”

Türk mediası: “Ərdoğan Əliyevə gizli siyahı verdi”
05.04.2014 10:18
Ərdoğan Bakıya səfəri zamanı iki ölkə arasında əlaqələrə təhlükə yaradacaq şəxslərin gizli dosyesini Azərbaycan prezidentinə təqdim edib. “Axar.az” xəbər verir ki, bu məlumatı hökumətə yaxınlığı ilə seçilən Türkiyənin “Takvim” qəzeti yayıb. Qəzet Ərdoğan və İlham Əliyevin nurçularla əlaqədar etdiyi açıqlamaları buna əsas sübut kimi gətirib. Baş nazirin təqdim etdiyi dosyedə iki ölkə arasında məlum layihələrə mane olacaq şəxslərin adları əks olunub və onlara qarşı addımların atılması nəzərdə tutulur. Qəzet Türkiyə və Azərbaycanın dövlət içində dövlət yaratmaq istəyənlərə qarşı birgə mübarizəsi ilə əlaqədar razılığa gəldiyini də yazıb. Xatırladaq ki, Ərdoğanın müalicəsini yarımçıq qoyaraq, bələdiyyə seçkilərindən dərhal sonra Azərbaycana səfər etməsi səbəbini politoloqlar Türkiyə və Azərbaycanın strateji planlarının təxirəsalınmaz müzakirəsi ilə əlaqələndirmişdilər. Ərdoğanın məşhur “Balkon çıxışı” isə belə qənaətə gəlməyə əsas verirdi ki, Türkiyə Baş nazirinin Bakı səfərində nurçu şəbəkəsi ilə bağlı məsələ də ciddi müzakirə olunacaq və MİT və MTN-nin məlumatlarının mübadiləsi aparılacaq. Hər iki ölkə mediasının mənbələri isə belə bir siyahının iki ölkə rəhbəri arasında müzakirə edildiyini təsdiqlədi.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol