Ermənilər işğal etdikləri ərazilərdə hərbi təlim keçirir

Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirir.APA-nın Qarabağ bürosunun xəbərinə görə, düşmən hərbçiləri Ağdam rayonunun işğal altında olan Şahbulaq dağ massivi və Uzundərə adlanan ərazisində keçirdikləri manevrlərdə ağır artilleriya və zirehli texnikalardan istifadə edirlər. Sözügedən istiqamətdə güclü atəş və partlayış səsləri eşidilir. Düşmənə məxsus texnikaların hərəkəti təmas xəttinə yaxın ərazilərdən aydın müşahidə olunur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















