BŞİH: Müsavata cavab veriləcək

“Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultayla bağlı müraciətinə baxdıqdan sonra cavab məktubu hazırlanacaq və cavab veriləcək”. Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib. O, Müsavatın qurumu məhkəməyə verməsinə münasibət bildirməkdən imtina edib: “Bu barədə heç nə demək istəmirəm. Sənədə baxıldıqdan sonra, onlara cavab veriləcək”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















