• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir azərbaycanlı iş adamlarını Ərdəbilə investisiya qoymağa çağırır

Səfir azərbaycanlı iş adamlarını Ərdəbilə investisiya qoymağa çağırır
01.04.2014 19:24
İran azərbaycanlı investorları Ərdəbil əyalətində, xüsusi ilə Meşginşəhr və Səreyn bölgələrində yerləşən qızıl və mis mədənlərinə sərmayə yatırmağa çağırır. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, Meşginşəhr bölgəsi Ərdəbil əyalətində mis və qızıl mədənlərinin yerləşdiyi önəmli yerlərdən biridir: "Meşginşəhr bölgəsi qızıl və mis ehtiyatları ilə zəngindir və bu bölgədə sərmayə yatırmaq üçün əlverişli şərait mövcuddur. İqtisadi baxımdan da bu bölgənin qızıl və mis mədənlərinə azərbaycanlı və iranlı investorların müştərək sərmayə yatırması məqsədəuyğundur".

Səfir qeyd edib ki, Meşginşəhr Savalan dağının ətəyində yerləşdiyi üçün bu bölgədə turizm sahəsinə də sərmayə yatırmaq mümkündür: "Bu bölgədə müalicə xarakterli 9 növ bulaq və eləcə də 420-dən çox tarixi abidə, gəzməli yerlər var. Turizm sahəsinə sərmayə yatırmaq, hotel və əyləncə mərkəzlərinin istifadəyə verilməsi üçün bu bölgədə əlverişli şərait var".M.Pakayin bildirib ki, Ərdəbilin Sərein şəhəri və onun ətraf bölgələrində də turizmin inkişafı üçün əlverişli şərait mövcuddur və bura hər zaman azərbaycanlı turistlərin diqqət mərkəzində olub.Onun sözlərinə görə, Ərdəbil əyalətinə səfər edən turistlər Səreini ən azından bir dəfə görür və bu şəhərin gözəlliklərini seyr edirlər: "Səreində hotellər, iaşə müəssisələri, müasir müalicəvi su hovuzları, akvapark və "Alvars" xizək idman kompleksi mövcuddur ki, bu da həmin bölgədə turizmin inkişafı məqsədilə sərmayə yatırmaq üçün əlverişli şərait yaradıb".M.Pakayin deyib ki, Ərdəbil əyalətinin valiliyi xarici, xüsusi ilə azərbaycanlı investorları dəstəkləmək məqsədi ilə proqram həyata keçirir. Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirliyi Ərdəbil əyalətinin valiliyi ilə birlikdə azərbaycanlı sərmayəçilərin Sərein və Meşginşəhrdə sərmayə yatırması üçün lazımi güzəştlərin edilməsi istiqamətində yardım göstərməyə hazırdır.Qeyd edək ki, ötən həftə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ərdəbil əyalətinə səfər etmiş, Meşginşəhr və Sərein bölgəsində bu şəhərlərdən olan parlament nümayəndələri və icra başçıları ilə görüşlər keçirmişdi.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol