• $
  • €
  • ₽
  • ₺
  • £

3 ölkə Cənubi Qafqazda sülhü bərpa edə bilər - Çavuşoğlu

3 ölkə Cənubi Qafqazda sülhü bərpa edə bilər - Çavuşoğlu
15.02.2023 14:40
Azərbaycan,Ermənistan və Türkiyə qətiyyətli addımlar atsa Cənubi Qafqazda sülh və sabitlik bərpa olunacaq, bunu  Türkiyənin xarici işlər naziri Çavuşoğlu çərşənbə günü Ankarada Ermənistanın xarici işlər naziri Mirzoyanla birgə keçirdiyi mətbuat konfrasında deyib. 
 
O bildirib ki, bu həm də iqtisadi tərəqqi üçün vacib addımdır. 

Fevralın 14-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mətbuata açıqlama verərək söyləyib ki, İrəvan hazırda Bakı ilə sülh sazişi layihəsinin yeni varinatını hazırlayır və tezliklə yeni mətn Azərbaycana təhvil veriləcək. 


Bundan əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmisi Ayxan Hacızadə açıqlayıb ki, İrəvan "özünü konstruktiv tərəf kimi təqdim edərək beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Bakı danışıqların sürətlə aparılmasının tərəfdarıdır və hər zaman onlara hazırdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra Rusiya Federasiyasının Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqları təşkil etməyə hazır olduğunu söyləyib.
 
Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin əvvəlki görüşü 2022-ci ilin oktyabrında Astanada baş tutub. 
 
Gülnar Nazimqızı 

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol